Seçki-2024
Cənab İlham Əliyev xalqın etimadını layiqincə doğruldub
Gədəbəy rayonununda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Gədəbəy şəhərində və rayonunun Daryurd kəndində seçicilərlə görüş keçirilib.
Əvvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, təşviqat qrupunun üzvləri Günay Xudayarova, Seymur Söyünov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev Azərbaycana 20 il rəhbərliyi dövründə öz bilik və bacarığını ölkəmizin inkişafı, möhkəmlənməsi, suverenliyinin tam bərpa olunmasına həsr edib.
Çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəni daim inkişaf və tərəqqi yolu ilə irəli aparan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.