YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Davamlı inkişafa səs verəcəyik!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Babək rayon təşkilatında şəhid ailələrinin üzvləri, müharibə əlilləri və  veteranları, eləcə də ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Naxçıvan MR Ali Məclisinin deputatları Turan Məmmədli, Hacıfəxrəddin Səfərli, Esmira Həsənova, Həbibə Allahverdiyeva, Hüseyn Niftəliyev  çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına yüksək qayğı göstərilir. Eləcə də, həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirib.

Natiqlər bütün seçiciləri səsvermə hüququndan düzgün istifadə edərək, qalib Liderə səs verməyə çağırıblar.