YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bütün vədlərini yerinə yetirən Qalib Lider

Göyçaylılar 7 fevralda cənab İlham Əliyevə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Göyçay rayonunda seçicilərlə, eləcə də gənclər və idmançılarla görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, professor  İrşad Kərimli, Lütviyyə Məcidova, şəhid atası Akif Kərimov , təşviqat qrupunun üzvü Pərviz Yəhyalı çıxış ediblər. Çıxışlarda ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, həyata keçirilən gənclər siyasətindən, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə yetişən gənclərin qəhrəmanlığı, mərdliyi sayəsində əldə edilən şanlı Zəfərdən geniş bəhs edilib.  Bildirilib ki, bu seçkilərin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçirilməsi digər seçkilərdən fərqləndirən amildir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, qalib xalqın qalib Lideri, xalqa Zəfər sevinci yaşadan, cənab İlham Əliyevə səs verməyə çağırıblar.