YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dövlətçiliyə misilsiz xidmətin 20 ili

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Quba rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Saməddin Nəsirov, Elza Orucova, Laçın Səfərəliyev, Ramiz Ramazanov və Sadıq Məmmədov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 illik hakimiyyəti dövründə tarixi nailiyyətlərə imza atıb. Azərbaycan Prezidentinin ən böyük tarixi qələbəsi də Qarabağ torpaqlarının düşmən işğalından azad etməsidir.

Natiqlər seçiciləri Azərbaycanı bütün çətinlik və təhlükələrdən qoruyaraq, inkişaf və zəfərə daşıyan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər davamlı qələbələr və Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, rayonun Talabıqışlaq kəndində də seçicilərlə görüş keçirilib.