YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir!

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, təşviqat qrupunun üzvləri Elşad Məmmədov, Tahirə Şükürova və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı: “İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli Bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının təqdimatıdır. Tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir”.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər xalqımızın daha parlaq gələcəyi naminə “Zəfər seçkisi”ndə qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Nərimanov rayonunda seçicilər fərdi görüşlər də keçirilib.