YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Alternativsiz namizədi seçəcəyik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Sabunçu rayonu Maştağa qəsəbəsinin Savalan və Daş karxanası ünvanlarında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, təşviqat qrupunun üzvləri Samirə Mehtiyeva və Natiq Musayev çıxış ediblər. Bildirilib ki, bu gün Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Prezident İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun bu seçkilərdə alternativsiz namizəd olduğunu bir daha təsdiq edir.

Natiqlər əminliklə bildiriblər ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevə xalqımız hər zaman olduğu kimi böyük dəstək verəcək.

Qeyd edək ki, Maştağa qəsəbəsi, Balaəmi Dadaşov küçəsində yaşayan seçicilərlə də görüş keçirilib.