YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Əldə edilən uğurlar bizi gələcək uğurlara sövq edir”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da partiyanın Gəncə şəhər təşkilatında idmançılarla görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Hüseyn Budaqov, Ramil Ağasəf oğlu, Ramil Qasımov, Etibar Musayev, Namiq Muradov, Asif Həsənov və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, tarixi Zəfər məhz öz gücünə və qüdrətinə, xalqına arxalanan, ordusuna güvənən, qətiyyətlə, səbir və təmkinlə irəliləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılıb. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilib.

Həmçinin vurğulanıb ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub.

“Əldə edilən uğurlar bizi gələcək uğurlara sövq edir” söyləyən seçicilər fevralın 7-də Azərbaycanın uğurlu gələcəyinə – cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.  

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün şəhərin Şeyxzamanlı qəsəbəsində də seçicilərlə görüş keçirilib.