YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Güclü Azərbaycanla qürur duyuruq!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdam rayonunda  gənclər, o cümlədən idmançılarla  görüş keçirilib.

Görüş zamanı ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, təşviqat qrupunun üzvləri Natiq Cavadov, Kənan Quliyev, Bəhruz Kazımov və qazi Elşən Zeynalov çıxış ediblər.

 Qeyd olunub ki, tarixi zəfərlər və qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 20 ildə inkişafı birbaşa Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin adı və həyata keçirdiyi uğurlu siyasətlə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış ən böyük nailiyyətlərimizdən biri olan tarixi Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.