YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Hər bir azərbaycanlının ən müqəddəs arzusu yerinə yetirilib!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunun ziyalılar və ağsaqqallarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev, Milli Məclisin deputatı Oqtay Əsədov, təşviqat qrupunun üzvləri Bayram Hüseynzadə, Təyyubə Hüseynova, Vüqar Səlimov və Əbülfət Nuriyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya əsaslarını bərpa etməklə hər bir azərbaycanlının ən müqəddəs arzusunu yerinə yetirib.

Seçicilər də bildiriblər ki, Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - İlham Əliyevə səs verəcəklər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.    

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Abşeron rayonunun Mehdiabad qəsəbəsi və Novxanı kəndində də görüşlər keçiriblər.