YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Azərbaycan dövləti xalqımızın qürur mənbəyidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Yasamal rayon təşkilatının qərargahında Bakı şəhərində məskunlaşan kəlbəcərli seçicilərlə  görüş keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov,  təşviqat qrupunun üzvləri Aqil Əsədov, Ələmdar Cabbarlı, Arzuman Qarayev və digərləri çıxış ediblər.

Qeyd olunub ki, son 20 il ərzində ölkə­miz uğurla inkişaf edib, bütün istiqamət­lər üzrə qarşıya qoyulan vəzifələr yük­sək səviyyədə həyata keçirilib. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan geniş­miqyaslı bərpa-quruculuq layihələri dövlətimizin gücünün daha bir göstəricisidir.

Natiqlər əminliklə bildiriblər ki, Qarabağın azad olunmasının qürurunu yaşayan qalib xalqımız 7 fevral seçkilərində də qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını, o cümlədən doğma Qarabağımızın cənnətə çevrilməsi prosesini fəal şəkildə dəstəkləyəcək. “Qalib Azərbaycan dövləti xalqımızın qürur mənbəyidir”,- deyə vurğulanıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.