YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Sözü imzası qədər dəyərli Liderimizin yanındayıq!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, təşviqat qrupunun üzvləri Ədalət Quliyeva, Aidə İsmayılova və Kamal Əhmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi uğurlardan bəhs olunub. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir. Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də Müzəffər Liderimizin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.

Seçicilər isə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini ifadə edərək “Sözü imzası qədər qədər dəyərli Liderimizin yanındayıq!”,- deyə bildiriblər.