YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlkin Əhmədov: Ən layiqli namizədimizə, qalib xalqın qalib Liderinə səs verək!

“Qarşıdan 7 fevral prezident seçkiləri gəlir. Əlbəttə ki, bu seçkilərdə hər birimiz fəal olmalıyıq”.

Bu fikirləri tanınmış xanəndə, Əməkdar artist, dosent İlkin Əhmədov bildirib.

İ.Əhmədov qeyd edib ki, Azərbaycanın inkişafında, xalqın güzəranının yaxşılaşmasında, torpaqlarımızın azad edilməsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz rolu, müstəsna xidməti var: “Bu gözəl, səmərəli və əvəzolunmaz işləri sadalamaqla, əlbəttə ki, bitməz, tükənməz. Mən bütün vətəndaşlarımıza səslənirəm ki, 7 fevralda prezident seçkilərində fəallıq göstərərək ən layiqli namizədimizə, qalib xalqın qalib Liderinə səs verək”.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, ölkəmizin irəli getməsini, çiçəklənməsini, o cümlədən gələcək güzəranımızı bir vətəndaş, bir xalq olaraq təmin etməliyik: “Mən inanıram və əminəm ki, 7 fevral prezident seçkilərində hər birimiz öhdəmizə düşəni layiqincə yerinə yetirəcəyik, lazım olan addımı atacağıq. Səsvermə günü seçki məntəqələrinə gedərək qalib xalqın qalib Liderini, Qarabağın Xilaskarını dəstəkləyəcəyik”.