YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müasir dövlətçilik tariximizin zirvəsindəyik

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Lənkəran rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, təşviqat qrupunun üzvləri Uğur Qurbanov, Emin Bağırov, Ramin Hüccətov, Əlimərdan Əliyev və İbrahim Quliyev çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 illik dönəm Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması müasir dövlətçilik tariximizin zirvəsini təşkil edir.  

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, tərəqqiyə və parlaq gələcəyə səs verməyə dəvət ediblər.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonra partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.