Seçki-2024
“Qarabağda bayrağımızı ucaldan Liderimizə səs verəcəyik!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində şəhid ailələri, qazilər və müharibə veteranları ilə Pirallahı rayonunda görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, partiyanın İdarə Heyətinin üzvü Samir Cəfərov, təşviqat qrupunun üzvləri Sübbuh Babayev, Çiçək Biləndərli və Ceyhun Cahangirov çıxış ediblər.
Natiqlər bildiriblər ki, prezident seçkilərinin keçirilməsi ölkəmizi parlaq gələcəyə aparan yolda növbəti uğurlu addımdır. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcək.
Seçicilər də Azərbaycanın Bayrağını Şuşada, Xankəndində ucaldan cənab İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.