YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq-Lider birliyi sarsılmazdır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin komitə sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Emin Hacıyev və Müşfiq Məmmədli, qazi Ehtiram Məmmədov, təşviqat qrupunun üzvləri Şakir Abuşov, Zeynəb Məmmədyarova, Sovet Şükürov, Eldar İsmayılov, Sevinc Qasımova çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada qüdrətli dövlət kimi böyük nüfuz qazanıb. Ölkəmizin suverenliyinin tam bərpası Müzəffər Liderimizin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbədir.

Əminlik ifadə olunub ki, xalqımız qalib Lider İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək. “Gücümüz birliyimizdədir!”, - deyə vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.