YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib dövlətimiz tarixinin ən qüdrətli dövrünü yaşayır”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, İbrahim Həsənov, Gündüz Hacıyev, Rəddin Məmmədov və İlhamə Qasımova çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə bütün sahələrdə parlaq nailiyyətlər əldə edilib. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. Məhz bu tarixi Qələbənin nəticəsidir ki, bu gün keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. “Qalib dövlətimiz tarixinin ən qüdrətli dövrünü yaşayır” ,- deyə qürurla ifadə olunub.

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları inam ifadə ediblər ki, zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin Liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.