YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev sözü imzası qədər dəyərli olan Müzəffər Liderdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Masallı rayon təşkilatında gənc seçicilərlə, eləcə də rayonun Dəlləkoba, Bala Kolatan və Bağıroba kəndlərinin sakinləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı Məşhur Məmmədov, rayon təşkilatının sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri Aytən Əliyeva, Aytən Şükürova, Namik Ağayev, Nahid Rəhimov, Rəfiqə Cavadova, Əli Yunusov, Günel Həmidova, Yusif Məmmədov, Səxavət Mirzəyev, Zülfiyyə Paşayeva, Şölə Əliyeva, Rufulla Həbibov, Sahib Əmənov, Mürşüd Mürşüdov, Sərhad İsayev çıxış ediblər.

Qeyd olunub ki, son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər tam yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan  Qarabağ münaqişəsi kökündən həll edilib, torpaqlarımız erməni işğalından azad olunub.  Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. “İlham Əliyev sözü imzası qədər dəyərli olan Müzəffər Liderdir!”,- deyə vurğulanıb.

Natiqlər seçiciləri seçki prosesində fəal olmağa, fevralın 7-də qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.