YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunda seçicilərlə görüş keçirilib.  

Görüşdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri Bilman Vəliyev, Faiq Xudayev, Əbülfət Nuruyev və Faiq Xosrovlu çıxış ediblər.

Bildirilib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və Onun siyasətini dəstəkləyir. Qeyd olunub ki, dövlət başçısının ölkəmizə rəhbərlik etdiyi  20 il ərzində görülən işlər, həyata keçirilən məqsədyönlü siyasət, qazanılan uğurlar və Qələbələr hər birimizin qürur mənbəyidir.

Natiqlər seçiciləri bu Qələbələrin davamı üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.