YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Xalqımızın xoşbəxt gələcəyi naminə İlham Əliyevə səs verəcəyik"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Quba rayonunda gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elza Orucova və Yusif Alıyev çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir. Bildirilib ki, bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə ön və arxa cəbhədə, həmçinin informasiya müharibəsində fəal iştirak edərək yüksək vətənpərvərlik nümayiş etdirib.

Natiqlər bütün gəncləri müstəqilliyimizin əbədiliyi, dönməzliyi, ölkəmizin inkişafı, çiçəklənməsi və xalqımızın xoşbəxt gələcəyi naminə qalib xalqın qalib Lideri cənab İlham Əliyevi dəstəkləməyə səsləyiblər.
Seçicilər 7 fevralda Azərbaycanın gələcək uğurlarının təminatçısı, ölkəmizi beynəlxalq aləmdə tanıdan, millətin və xalqın sevimlisi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün Vətən müharibəsi şəhidləri Səmural Fətəliyev və Ruslan Bayramovun ailə üzvləri ziyarət olunub.