YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncliyin seçimi bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonu Masazır qəsəbəsində gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abasova, təşviqat qrupunun üzvləri Hikmət Quliyev, Emin Əliyev və Nərmin Fərəcli çıxış ediblər.

Bildirilib ki, gənclərə diqqət və qayğı müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə olub. Ümummilli Lider bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılmasına, gənclərin elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edən fərman və sərəncamlar imzalayır. Natiqlər gəncləri xoşbəxt gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən gənc seçicilər qeyd ediblər ki, göstərilən etimadı layiqincə doğrultmağa çalışan Azərbaycan gəncliyi 7 fevral prezident seçkilərində fəal iştirak edəcək və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcək.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.