Seçki-2024
Qalib və qüdrətli Azərbaycan reallığı İlham Əliyevin adı ilə bağlıdır!
2024 - cü il fevralın 7- ə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, professor İradə Hüseynova, təşviqat qrupunun üzvləri -Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Mirfaiq Mirheydərli, Tofiq Məmmədov, şəhid Elmir Umudlunun atası Pərviz Umudov, həmçinin Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ceyhun Həsənovun atası Aydın Həsənov və Əntiqə Qasımova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və bütün ölkə ərazisində suverenliyini tam bərpa edən ölkəmiz tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb. Dünya dövlətləri tarixi Zəfərin yaratdığı reallıqları qəbul edir, Azərbaycanın gücü ilə hesablaşırlar. Azərbaycan möhtəşəm nailiyyətlərə doğru inamla addımlayır.
Vurğulanıb ki, qalib və qüdrətli Azərbaycan reallığı İlham Əliyevin adı ilə bağlıdır. Bu əminlik ifadə edilib ki, xalqımız 7 fevral prezident seçkilərində fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək.
Seçicilər 7 fevralda cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.