YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ramiz Quliyev: Zəfər seçkilərində həmrəyliyimizi bütün dünyaya nümayiş etdirməliyik

“2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycan xalqı və dövləti üçün mühüm əhəmiyyət kəsb edir. Xalqın Prezidentə olan sevgisi və inamı bir daha təsdiqini tapacaq”.

Bu fikirləri tanınmış tarzən, Xalq artisti, professor Ramiz Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi böyük rəğbət bəsləyir və Ona inanır: “Dövlətimizin başçısı müasir, peşəkar ordu yaratdı. 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə azad edildi. Torpaqlarımız azad edildikdən dərhal sonra keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün bu ərazilərdə tikinti-yenidənqurma işlərinə başlanıldı. Hazırda Böyük Qayıdış layihəsi uğurla icra edilir”.

“Bütün xalqımızı 7 fevral prezident seçkilərində həmrəylik ifadə edərək fəal olmağa çağırıram. Birliyimizi bütün dünyaya nümayiş etdirməliyik. Seçimimiz isə qalib Lider İlham Əliyevdir!”,- deyə Xalq artisti vurğulayıb