YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib Liderimizə inamımız sonsuzdur!”

2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi Naxçıvan Muxtar Respublikasında gənclərlə səyyar görüşləri davam etdirir.

Xüsusi brendləşdirilmiş avtobus ilə təşkil edilən növbəti səyyar görüş Ordubad rayonunun gəncləri ilə keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev və YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafını xüsusi diqqət mərkəzində saxladığı və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazmışdır.

Gəncləri fevralın 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağıran natiqlər Azərbaycan gənclərinin növbəti dəfə sağlam düşüncə əsasında öz vətəndaş mövqelərini nümayiş etdirəcəklərinə əminliklərini ifadə ediblər. “Qalib Liderimizə inamımız sonsuzdur!” ,- deyə vurğulanıb.

Təşviqat görüşündə iştirak edən gənclərə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.

Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.