YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Vətənpərvər Azərbaycan gəncliyinin seçimi İlham Əliyevdir!”

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və tarix elmləri doktoru Həsən Həsənov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar.

7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağına əminlik bildirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.