YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Sabitlik və inkişafın davamına səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəki rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, YAP Veteranlar Şurasının üzvü Yaqub Mahmudov, təşviqat qrupunun üzvləri Vaqif Əhmədov, Sədrəddin Bədiyev, Dursun Cavadova, Rəhman Qədirzadə, Rafik Səmədov çıxış ediblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan şanlı Zəfərin son 200 illik tariximizin ən parlaq səhifəsi olduğu bildirilib. Qeyd olunub ki, ötən il 20 ildə qarşıya qoyulan bütün hədəflərə nail olan Azərbaycan bundan sonra yeni zəfərlərə doğru inamla addımlayacaq. Natiqlər seçiciləri Azərbaycanın parlaq gələcəyi naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə “Sabitlik və inkişafın davamına səs verəcəyik” ,- deyə vurğulayıblar.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.