YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni hədəflərə İlham Əliyevin Liderliyi ilə nail olacağıq”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Zarağan kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Milli Məclisin deputatı Ramil Həsən, təşviqat qrupunun üzvləri Təmraz Mehdiyev, Tahir Hacıyev və Azad Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizin qarşısında yeni hədəflər dayanır. Əminlik ifadə olunub ki, Azərbaycan yeni dövrdə də yeni hədəflərə məhz  Prezident İlham Əliyevin Liderliyi ilə nail olacaq. Xalqa qələbə sevinci yaşadan Qalib Liderə milyonların sevgisi sonsuzdur.

Natiqlər seçiciləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.