YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Biz birlikdə güclüyük!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Samux rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Fidayıl Əliyev, Gəray Bayramov, Nuranə Həsənova, Sevinc Xəlilova, Ələsgər Əliyev, Azər Əhmədov, Rəhim Məmmədov və Maviyyə Hüseynova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkəmizin inkişafına hesablanmış mükəmməl proqramlar həyata keçirib. Həmin uğurlu proqramlar, strateji layihələr, beynəlxalq qurumlarla və xarici dövlətlərlə fəal əməkdaşlıq, güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib.

Natiqlər seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Biz birlikdə güclüyük və yeni qələbələr qazanmaq əzmindəyik”,- deyə bildirilib.

Qeyd edək ki, rayonda seçicilərlə fərdi görüşlər də keçirilib.