Seçki-2024
“Xalqın etimadını doğruldan Lider!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qax rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təşviqat qrupunun üzvləri Aybəniz Məmmədova, Fəridə Babayeva və Nəsimi Xudeynatov çıxış ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan uğurlar ölkəmizin davamlı inkişafını təmin edib. Eyni zamanda, tarixi Zəfərimizin memarı olan cənab İlham Əliyev həmişə xalqın etimadını doğruldub. Seçicilər 7 fevral prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Həmçinin təşviqat kampaniyası çərçivəsində rayonun Ləkit kəndində də seçicilərlə görüş keçirilib.