YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımızın alternativsiz Lideri və yeganə seçimi İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Gəncədə seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Müşviq Cəfərov, təşviqat qrupunun üzvləri Həsən Həsənov, Mehman Rzayev və başqaları çıxış ediblər.

Natiqlər bildiriblər ki, artıq Azərbaycan dünya miqyasında müstəqil siyasəti, yüksək nüfuzu, regionda uğurlu fəaliyyəti ilə güclü ölkələr sırasındadır. Ölkəmiz üçün ən mühüm siyasi hadisə olan  prezident seçkiləri Azərbaycanın milli dövlətçilik tarixi üçün böyük kəsb edir. Bu seçki ilə dövlətçilik tariximizdəki müəyyən bir dövrə yekun vurulur və gələcək inkişaf baxımından çox strateji bir mərhələ başlanır. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcək. Azərbaycan xalqı bir daha dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa və tərəqqiyə səs verəcək. Xalqımızın alternativsiz Lideri və yeganə seçimi İlham Əliyevdir.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.