YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“İlham Əliyevə inamımız sonsuzdur!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP-ın Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, YAP Veteranlar Şurasının üzvü Rafiq Məmmədhəsənov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Bəhram Şiriyev çıxış ediblər.

Çıxışlarda İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə görülən işlərdən, həyata keçirilən uğurlu islahatlardan ətraflı bəhs edilib. Bildirilib ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük hədəflərə doğru inamla addımlayır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər  “İlham Əliyevə inamımız sonsuzdur!” ,- deyərək fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə səs verəcəklər bildiriblər.

Qeyd edək ki, rayon ərazisində yaşayan digər seçicilərlə də görüşlər keçirilib.