YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Sözünə sadiq Liderimizə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Abel Məhərrəmov, Mehriban Ələkbərzadə, İradə Hüseynova, Rasim Nəbiyev və İbrahim Zeynalov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar.  Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib. Bütün bu nailiyyətlərin zirvəsi, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır.

Natiqlər seçiciləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə dəvət ediblər. 

Çıxış edən seçicilər “sözünə sadiq Liderimizə - İlham Əliyevə səs verəcəyik” ,- deyə vurğulayıblar.