YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkisi: ölkəmizdə yeni inkişaf erası başlayacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda gənc seçicilərlə görüş keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, təşviqat qrupunun üzvləri Məcid Əhmədov, Arzu Əliyeva və Tosif Mahmudov çıxış ediblər.

Natiqlər prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, ölkənin avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri!” şüarı ilə seçkilərə gedir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə möhtəşəm nailiyyətlər və tarixi Qələbə qazanıb. Zəfər seçkisindən sonra ölkəmizdə yeni inkişaf erasının başlayacağı qeyd olunub.

Çıxış edənlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.