YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə doğru...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşviqat qrupunun üzvləri İsaxan Vəliyev, Eybalı Ağayev və Şasəddin Mikayılov, şəhid Kamil Səmədovun qardaşı Məhərrəm Səmədov çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin  ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Azərbaycan xalqına Zəfər sevinci bəxş etmiş Liderə - Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.