Seçki-2024
“Zəfər yolunda inamla addımlayırıq”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəki şəhərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, təşviqat qrupunun üzvləri Nuralı Çələbiyev, Mirbala Səlimli, Məmməd Mahmudov və Ağaəli Cəlilov çıxış ediblər.
Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri tarixə düşəcək. 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Ona görə də prezident seçkiləri ölkəmizin bütün ərazisində keçiriləcək. Bu reallıqlar dövlətimizin yeni hədəflərini gerçəkləşdirmək üçün etibarlı zəmin yaradır. “Zəfər yolunda inamla addımlayırıq” ,- deyə vurğulanıb.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, tərəqqiyə və parlaq gələcəyə səs verməyə dəvət ediblər.
Seçicilər də öz növbəsində fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.