YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın möhtəşəm nailiyyətləri İlham Əliyevin adı ilə bağlıdır

Tahir  Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

2003-cü ildə xalqın iradəsi ilə Prezident seçilən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və məqsədyönlü  siyasətini  layiqincə davam etdirəcəyinə, ölkəmizi qələbədən-qələbəyə çatdıracağına söz vermişdi. Həmin tarixi gündən uğurlar bir-birini təkrarlayır, Azərbaycan inkişaf yolunda inamla addımlayır. Ölkəmizdə vətəndaş həmrəyliyinin möhkəmlənməsi, xalqın bir yumruq kimi öz yenilməz rəhbərinin ətrafında sıx birləşməsi bunun əyani sübutudur. Bəli,  “birlik olan yerdə xeyir-bərəkət, bolluq, əmin- amanlıq olar 2 demişlər. Bütün bu 20 il ərzində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətinin milli maraqlarının qorunması yolundakı dönməz addımları bəzi xarici və daxili bədxahları təşvişə salmışdır.

Cənab İlham Əliyev dövlətçilik salnaməsinə gündən-günə yeni-yeni parlaq, rəngarəng səhifələr əlavə edərək yenilməz Lider obrazını yaratmışdır. “Qarabağ Azərbaycandır!” gerçəkliyindən güc-qüvvət alaraq tarixi haqq-ədaləti bərpa etmişdir. Müstəqil dövlətçilik dönəminin yaddaqalan  səhifələrində yeni - yeni tarixi zəfərlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz bu tarixi  gücü və möhtəşəm  gerçəkliyi Prezidentimiz İlham Əliyevin tarixi 44 günlük qələbəsində və onun Xankəndində qaldırdığı üçrəngli bayrağımızın dalğalanmasında gördük. Dalğalanan Azərbaycan bayrağı Azərbaycan xalqının döyünən ürəyi kimi  artıq  heç vaxt həmin yerlərin üstündən əskik olmayacaqdır. Təbiidir ki, xalqımızın, dövlətimizin ən unudulmaz - parlaq qələbəsi Müzəffər Liderimiz, böyük vətənpərvər şəxsiyyət olan İlham Əliyevin qətiyyətinin təntənəsi və siyasi uzaqgörənliyi sayəsində əldə olunmuşdur. Təkcə zəfər sevinclərini yaşamadıq, həm də günahsız şəhidlərimizin qisasının alınması qəlbimizə mənəvi dinclik, rahatlıq bəxş etdi.

Ədalətin zəfər çaldığı yollarda, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin geniş vüsət aldığı zamanlarda adları çəkilən ərazilər cənnətə çevrilməkdədir. Öz doğma xalqı, müqəddəs Vətəni üçün şanlı tarix yazan, Prezident kimi nəinki ölkəmizdə, eləcə də  bütün dünyada ad-san, şöhrət, nüfuz qazanan cənab İlham Əliyev Azərbaycanı hər gün, hər saat yenidən qurub yaradır desək, səhv etmərik.

Bu günlər xalqımız yeni strateji tarixi dövrün başlanğıcındadır. Milli dövlətçilik üçün çox mühüm, əlamətdar məna kəsb edən bir mərhələyə indi alnıaçıq, üzüağ gedirik. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcəkdir. Ərazilərimizin hər tərəfində artıq seçki məntəqələri yaradılmışdır, səsvermə hüququ olan hər bir vətəndaş ölkəmizin hər yerində səsvermədə iştirak edəcəkdir. Doğrudan da, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər hələ qazanılmayıb.

Yenidən 2003-cü ilə qayıdaq, tarixi bir məqama nəzər salaq. Prezident İlham Əliyevin mətbuata müsahibəsi əksər vətənpərvər insanların yadındadır. “Cənab Prezident, Siz artıq and içdiniz, indi ölkənin Birinci şəxsisiniz və hansı hisslər keçirirsiniz?”- sualına Cənab İlham Əliyevin belə cavab vermişdi: “Gərək mən ümidləri doğruldam. Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edərək daha da güclənəcəkdir”.

Burada həm xalqın, həm də Ulu Öndərimiz Heydər Əliyevin ona bəslədiyi yaşari ümidlərdən söhbət gedir. Allaha şükür ki, ümidlər, arzular bir-bir özünü doğrultdu. Azərbaycan bir daha gücləndi, öz məğlubolmaz ordusu ilə əzəli, doğma torpaqlarımızı geri qaytardı, ölkəni nəhəng quruculuq, inkişaf yollarına gətirdi.

Cənab İlham Əliyev hələ 2003-cü ildə demişdi: “Mən Azərbaycan xalqına söz verirəm ki, Heydər Əliyev siyasətinə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətinin davam etdirəcəyəm”.

Artıq hamının görüb şahid olduğu bu vədin üfüqlərində və fəlsəfəsində Heydər Əliyev siyasətinin uzaqgörənliyi, müdrikliyi və ölkəmizin hərtərəfli inkişafı, habelə əminamanlq,  xoşbəxt gələcək, sabaha inam və ən ümdəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunması siyasəti özünü daha geniş miqyasda göstərməkdədir.

Bu bir həqiqətdir ki, inkişaf etmiş bəzi ölkələr belə Azərbaycan təcrübəsini öyrənməyə başlamışdır. Şanlı ölkəmiz ən güclü inkişaf dövrünü, çoxşaxəli, məhsuldar, quruculuq zamanlarını yaşayır.

Azərbaycan xalqı bu günlərdə olduqca mühüm dövrünü yaşayır. Ölkə vətəndaşları növbəti dönəm üçün öz rəhbərini - Prezidentini seçməlidir. Artıq xalqımızın əksəriyyəti öz seçimini etmişdir. Həmin obyektiv seçim Müzəffər Liderimiz İlham Əliyevdir. Bugünkü Azərbaycanın seçimi sözün əsl mənasında ölkəsini  dünya miqyasında güclü, sarsılmaz dövlətlər sırasına qaldıran, müasir tariximizə yeni-yeni parlaq səhifələr bəxş edən, üçrəngli bayrağımızı Şuşada, Xocalıda, Xankəndində ucaldan cənab İlham Əliyevdir. Əminik ki, qədirbilən Azərbaycan xalqı öz missiyasını şərəflə yerinə yetirəcəkdir.