YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Namiq Kamal: Qalib dövlətin vətəndaşı olmaq böyük bir fəxrdir

 “Uzun illər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda mədəniyyət və incəsənətə olan qayğını mən şəxsən hiss etmişəm. Hazırda isə Prezident İlham Əliyevin bu sahəyə olan yüksək diqqətini müşahidə edirik”.

Bu fikirləri “Şöhrət” ordenli Xalq artisti, professor İlham Namiq Kamal deyib.

Onun sözlərinə görə, bütün bunlar, əlbəttə ki, mədəniyyət və incəsənət nümayəndələrində böyük qürur hissi yaşadır: “2023-cü il bizim tariximizdə növbəti Zəfər bayramı oldu. Ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, suverenliyimiz tam təmin edildi. Xankəndidə Qarabağ Universiteti də yaradılacaq. Qalib dövlətin vətəndaşı olmaq böyük bir fəxrdir”.

“Əziz xalqım, gəlin 7 fevral prezident seçkilərində bütün sahələrin davamlı  inkişafı, gələcək hədəflərimiz naminə cənab İlham Əliyevə səs verək. Yaşasın, Azərbaycan!”,- deyə Xalq artisti çağırış edib.