YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP Sədrinin müavini Tahir Budaqov MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun üzvləri ilə görüşüb

Yanvarın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbərinin müavini, MDB PA yanında Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket və 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar MDB PA  müşahidə missiyasının digər üzvləri ilə onlayn formatda görüşüb.

Görüş təklifinin qəbul edilməsinə görə təşəkkürünü bildirən İvan Muşket MDB PA müşahidə missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib, keçiriləcək seçkilərə hazırlıq prosesini öyrənmək məqsədilə bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Müşahidəçilər qrupunun üzvlərini salamlayan YAP Sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işləri haqqında məlumat verib. O, hazırda seçkiqabağı təşviqat kampaniyasının seçki qanunvericiliyi əsasında uğurla davam etdirildiyini vurğulayaraq yerli və beynəlxalq müşahidəçilərə seçki prosesinin bütün mərhələlərini izləmək üçün zəruri şəraitin yaradıldığını bildirib. Tahir Budaqov Azərbaycanın kifayət qədər geniş seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn prezident seçkilərinin də azad, şəffaf və demokratik şəraitdə baş tutması üçün bütün namizədlərə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb.

Daha sonra YAP Sədrinin müavini müşahidəçi qrupu üzvlərinin ölkədəki seçki mühiti, partiyanın seçkilərə hazırlıq tədbirləri və bir sıra digər məsələlər barədə suallarını cavablandırıb, missiyanın fəaliyyətinə uğurlar arzulayıb.