YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qarabağ həsrətinə son qoyan Müzəffər Liderimizi dəstəkləyirik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunda seçicilərlə  görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, təşviqat qrupunun üzvləri Dürriyə Seyidova, şəhid anası Simuzər Bağıyeva çıxış edərək ötən illər ərzində ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan, əldə edilən uğurlardan danışıblar.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər. Onlar “Qarabağ həsrətinə son qoyan Müzəffər Liderimizi dəstəkləyirik” ,- deyə bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.