Seçki-2024
“Zəfər seçkisinə böyük sevinc və qürurla gedirik”
2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunun Qonaqkənd kənd seçiciləri və Şamaxı rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, təşkilatın sədr müavini Altay Məmmədov, təşviqat qrupunun üzvləri İsaxan Vəliyev, Əli Mahmudov, Tünzalə Yusifova, Mayıl Alıcanov, qazi Elvin Məmmədli, Ağarza Bayramov, Fuad Səmiyev, Güllü Babaşova, Fatmaxanım Quliyeva, Əli Mahmudov, Rauf Qədirov və şəhid Rüstəm Dünyamalıyevin xanımı Aytən Dünyamalıyeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətimiz hərtərəfli inkişaf edir. Bu gün əminliklə deyə bilirik ki, bizim müstəqil, suveren, güclü və beynəlxalq münasibətlər sistemində layiqli yer tutan dövlətimiz var. Vətən müharibəsində qazanılan böyük Qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlərdə çıxış edən seçicilər “Zəfər seçkisinə böyük sevinc və qürurla gedirik”,-deyə vurğulayıblar. Onlar fevralın 7-də qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.