YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Xalq-Lider birliyi sarsılmazdır!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Salyan rayonunun Xələc, Abadkənd və Qarabağlı kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Səlimağa Səlimli, Faiq Zərbalıyev, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, İltifat Məmmədov, Naseh Ağabəyli, Ağamalı Ağamalıyev, Zahid Fərəcov, şəhid ataları Rövşən Mehdiyev və Yavər Hüseynov, çıxış ediblər.

Çıxış edənlər xalqın Zəfər seçkisinə böyük sevinc və qürurla getdiyini vurğulayaraq 2003-2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlərə və qələbələrə imza atıldığını, ilk dəfə seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini diqqətə çatdırıblar. Bildirilib ki, ölkəmizdə xalq-Lider birliyi sarsılmazdır.

Seçiciləri 7 fevral prezident seçkilərində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan cənab İlham Əliyevə səs verməyə çağırıblar. 

Seçicilər də natiqlərin fikirləri ilə həmrəy olduqlarını və fevralın 7-də qalib xalqın qalib Liderini dəstəkləyəcəklərini vurğulayıblar.