YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Davamlı inkişaf naminə qalib Liderə səs verəcəyik

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nizami rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Mayıl Əliyev, Günel Kərimova və Edilman Məmmədov çıxış edərək ötən illər ərzində ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan danışıblar.

Qeyd olunub ki, dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amil Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Seçicilər də fikirlərini ifadə edərək bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri növbəti görüşlərdə də iştirak ediblər.