YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tərtərdə seçicilərlə görüşlər davam etdirilir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19- da  Tərtər rayonunun  Qaradağlı, Kəngərli, Təzəkənd sakinləri və  rayon təhsil işçiləri ilə  görüş keçirilib. 

Görüşdə YAP  Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov,  Milli Məclisin deputatı Ağalar Vəliyev, təşviqat qrupunun üzvləri Amil Hüseynov, Kamil Məmmədov, Pərvanə Xuduyeva  və digərləri çıxış ediblər.  

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə çıxış edənlər  son 20 il ərzində  təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının, Prezident İlham Əliyevin inamla davam etdirdiyi ölkəmizdə taleyüklü məsələlərin həllində müstəsna roluna diqqət çəkiblər. Bildirilib ki, xalqımıza böyük qürur bəxş edən Vətən müharibəsində əldə olunan Zəfərdən sonrakı hərbi-siyasi proseslər məhz Prezident İlham Əliyevin “Dəmir yumruğ”unun qətiyyətinin ifadəsidir. Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlarda, eyni zamanda, diplomatik masada işğalçı ölkənin oyunlarını pozan və qələbə əldə edən cənab İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qalib Lider  olduğunu isbatladı.

Çıxış edənlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.