YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Səbail seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Səbail rayonunun seçicilərilə görüş keçirilib.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  Prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirin video-çarx təqdim olunub.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, təşviqat qrupunun üzvləri İradə Hüseynova, Kamran Musayev, Mehdi Səlimzadə və Saleh Sadıqov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Çıxış edən seçicilər ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, Səbail rayonu “Fəhlə əlləri” parkında seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Əhliman Qarayev, Şaiq Əsgərov, Zenfira Məmmədova və Piralı Əliyev bildiriblər ki, xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Eyni zamanda, Səbail rayonunun “Əlibəyov Qardaşları küçəsi 69” ünvanında  yaşayan seçicilər evində ziyarət olunub.