Seçki-2024
Fəxrəddin Manafov: Xalqımızı cənab İlham Əliyevə səs verməyə çağırıram
“Mənim 69 yaşım var və həyatım boyu düşünməzdim ki, Vətən müharibəsi mənə bu qədər sevinc gözyaşları gətirəcək. Bu sevinc göz yaşları bir amillə - Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərlə bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi qürur mənbəyimizdir”.
Bu fikirləri Xalq artisti Fəxrəddin Manafov bildirib.
F.Manafov qeyd edib ki, “Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğını bütün Azərbaycan xalqı hiss edir. Bu, yüksək qiymətə layiqdir. Amma eyni zamanda, daha vacib olan Vətən və torpaqdır. Çünki Vətən və torpaq olmadığı yerdə, yaxud işğal altında olduqda, ümumiyyətlə, hansı peşədən danışmaq olar?”.
Xalq artisti vurğulayıb ki, Prezident İlham Əliyev xalqımıza böyük qürur hissi yaşadaraq ölkəmizi dirçəltdi: “Buna görə 7 fevralda keçiriləcək prezident seçkilərində xalqımızı cənab İlham Əliyevə səs verməyə çağırıram”.