YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Əli Əmirli: Qalib Liderin alternativi yoxdur

“Bu gün bütün dünyada, hətta inkişaf etmiş Avropa ölkələrində lider defisiti var. Azərbaycanda isə bizim güclü Liderimiz var. Qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir”.

Bu fikirləri yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli bildirib.

Ə.Əmirli qeyd edib ki, Prezident İlham Əliyev dünyada yüksək nüfuza malikdir: “3 ildən artıqdır ki, tarixi Zəfərin sevincini yaşayırıq. 200 ildən artıq bir vaxtda Azərbaycan torpaqları itirilə-itirilə gedirdi. Amma biz Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzun hesabına doğma torpaqlarımızı geri qaytardıq”.  

 “44 günlük Vətən müharibəsi zamanı 2 cəbhədə savaş gedirdi. Həm qanlı döyüşlər, həm də informasiya müharibəsi davam edirdi. Liderimiz hər iki cəbhəyə çox böyük bacarıqla rəhbərlik edərək bizi qalib ölkələr və qalib xalqlar sırasına çıxardı. Bu, olduqca qürurvericidir” ,- deyə professor əlavə edib.  

Ə.Əmirli vurğulayıb ki, Azərbaycan xalqı öz Liderini dəstəkləyir: “Müharibə zamanı Prezidentimiz çıxışlarının birində qeyd etdi ki, o, nəyi nə vaxt və necə etməyi çox yaxşı bilir. Doğrudan da, cənab İlham Əliyev dediyi fikri öz uğurlu fəaliyyəti ilə sübut etdi. Ötən il Qarabağda keçirilən 23 saatlıq lokal antiterror əməliyyatı bir daha göstərdi ki, dövlətimizin başçısı vədinə sadiq Liderdir”.

Əməkdar incəsənət xadimi qeyd edib ki, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi tarixi hadisədir: “Mən hesab edirəm ki, hər bir vətənpərvər seçici cənab İlham Əliyevə səs verəcək. Ali Baş Komandanın çox yüksək reytinqi var, başqa bir alternativ yoxdur.  Düşünürəm ki, seçkilərdə hər kəs cənab İlham Əliyevə səs verməlidir. Bu, vətəndaşlarımızın işıqlı gələcəyimizə səs verməsi deməkdir. Liderin arxasınca getmək, cənab İlham Əliyevi yenidən Prezident kürsüsündə görmək hər bir azərbaycanlının arzusudur. Mən bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıram”.