YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz İlham Əliyevdir!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Vəndam qəsəbəsində və Bunud kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev,  təşviqat qrupunun üzvləri Qalib Nəbiyev, Təmraz Mehdiyev, Rəşad Əhmədov və Elşad Abdurahmanov çıxış ediblər.

Çıxışlarda 2003-2023-cü illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olduğu bildirilib. Qeyd edilib ki, son 20 ildə ölkəmizə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu sübuta yetirmiş Prezident İlham Əliyev kimi müdrik, qətiyyətli siyasətçi rəhbərlik edib. Dövlətimizin başçısı gələcək uğurlarımızın və zəfərlərimizin təminatçısıdır.

Bildirilib ki, ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək 7 fevral seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Çıxış edənlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Soltannuxa kəndində də seçicilərlə görüş keçirilib.