YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkisi gənclərin İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacaq

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib.

Bakı Gənclər Mərkəzində keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar. 7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağıma əminlik bildirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.