Seçki-2024
Lider dövlətin Lideri!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, təşviqat qrupunun üzvləri Asəf Zamanov, Aslan Mehdiyev və şəhid atası Şahin Sadıqov çıxış ediblər.
Qeyd olunub ki, cənab İlham Əliyevin məqsədyönlü siyasəti xalqımızın işıqlı gələcəyinin təminatıdır. Son 20 il ərzində Azərbaycan inkişaf tempinə görə dünyada Lider dövlətlərdən birinə çevrilib. Bu inkişaf gələcəkdə daha böyük uğurların təməlidir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, kampaniya çərçivəsində rayonun Rəsulzadə qəsəbəsində də seçicilərlə görüş keçirilib.