Seçki-2024
“Qalib ölkənin vətəndaşı olmaq böyük şərəfdir”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabirabad rayonunda seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Mirzəyev, Fəzail Cəfərov, Telman Qurbanov, Bəylər Heydərov, Rəşad Qurbanov, Nicat Əliyev, Tural Hüseynzadə və Rəna Hacızadə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev qurucu, birləşdirici və islahatçı dövlət başçısıdır, hadisələrin axarını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Liderdir.
Natiqlər seçiciləri 7 fevral seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
“Azərbaycanın, qalib ölkənin vətəndaşları olmağın tükənməz sevinc və qürurunu yaşayırıq. Bu, böyük şərəfdir”,- söyləyən seçicilər cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.