YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib dövlətimizlə qürur duyuruq!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Salyan rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Malik Kərimov, Məmmədhəsən Feyzullayev, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, Abdulxeyir Nəcəfov, Əzizağa Məmmədli və şəhid atası Əliş Şirinov çıxış ediblər.

Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçiriləcək prezident seçkilərinin əhəmiyyəti barədə danışan natiqlər bildiriblər ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində cənab İlham Əliyevin misilsiz rolu var. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib.

Natiqlər seçiciləri ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qalib dövlətimizlə qürur duyuruq!”,- deyən seçicilər Müzəffər Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.